Heç kim onu tanımır, amma qiyməti qəfil qalxdı

© AP Photo / Ng Han GuanБиржа. Архивное фото
Биржа. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Koinin ümumi kapitallaşması 244 milyon dollar təşkil edib, bu göstərici ilə aktivi isə ən iri kriptovalyutalar arasında 33-cü yerə yüksəlib

BAKI, 15 noyabr — Sputnik. "BLOCKv" tokeninin qiyməti 1 saat ərzində 7,5 min faiz qalxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Coinmarketcap-ın məlumatlarından bəlli olub.

Bakı vaxtı ilə saat 18:00 üçün bu valyutanın qiyməti 0.088 ABŞ dolları həddində qiymətləndirilib. Altkoinlə ticarət həcmi isə 18.8 min faiz artıb - təxminən 66 min dollar.

Koinin ümumi kapitallaşması 244 milyon dollar təşkil edib, bu göstərici ilə aktivi isə ən iri kriptovalyutalar arasında 33-cü yerə yüksəlib.

"BLOCKv"nin əsas ticarət həcmi (99.8 faiz) ChainX platformasının payına düşür. Altkoinin "partlayışı" məhz burada qeydə alınıb - bu platformada məzənnələr digərlərinə nisbətdə xeyli fərqlidir. Rəqəmsal aktiv həmçinin iri Bitfinex və Bittrex birjalarında da təmsil olunub.

Xəbər lenti
0