Donald Tramp: "Ümid edirəm, Türkiyə ilə S-400 problemini həll edəcəyik"

© © Win McNamee/Getty Images/AFPABŞ Prezidenti Donald Tramp
ABŞ Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşün ABŞ üçün uğurlu nəticə ilə başa çatdığını vurğulayan Tramp qeyd edib ki, türkiyəli həmkarı ilə Suriyada təhlükəsiz bölgə, S-400 və iki ölkənin ticarət əlaqələri mövzusunda müzakirələr aparıb.

BAKI, 14 noyabr - Sputnik. "Ümid edirəm, Türkiyə ilə S-400 problemini həll edəcəyik". APA xəbər verir ki, bunu ABŞ-da rəsmi heyətlə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və heyətlərarası görüşdən sonra keçirilən mətbuat konfransında prezident Donald Tramp bildirib.

Görüşü yüksək dəyərləndirən Tramp bildirib ki, Türkiyə NATO üçün ən önəmli ölkədir. Bu görüşün ABŞ üçün uğurlu nəticə ilə başa çatdığını vurğulayan Tramp qeyd edib ki, türkiyəli həmkarı ilə Suriyada təhlükəsiz bölgə, S-400 və iki ölkənin ticarət əlaqələri mövzusunda müzakirələr aparılıb. 

Türkiyə prezidenti Ərdoğan isə deyib ki, ABŞ-la köklü müttəfiqilik əlaqələri mövcuddur və S-400 sistemi, eləcə də “F-35” təyyarələri ilə bağlı  problemin danışıqlar masası ətrafında həll olunması mümkündür. 

Xəbər lenti
0