05:21 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Daha bir cəhd: Trampdan S-400 sazişini pozmaq üçün Ərdoğana gözlənilməz təklif

© Photo : Tatyana Zenkovich / pool photo via AP
DÜNYA
Qısa URL
1476 0 0

"The Washington Post" nəşri eyni zamanda yazır ki, ABŞ-ın Nümayəndələr palatasının bəzi üzvləri ABŞ liderinin bu təklifini dəstəkləməyəcək.

BAKI, 13 noyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp türkiyə lideri Rəcəb Tayyib Ərdoğana böyük həcmdə ticarət müqaviləsi təklif edib. Bu barədə Sputnik Azərbaycan "The Washington Post" nəşrinə istinadən xəbər verir.

Bundan əlavə, ABŞ lideri Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə bağlı yaranan vəziyyətin aradan qaldırılması ilə bağlı "həll yolu" da təklif edib.

Nəşr yazır ki, rəsmi Vaşinqton Ankaraya 100 milyard dollar dəyərində ticarət müqaviləsi təklif edir.

"The Washington Post" nəşri eyni zamanda yazır ki, ABŞ-ın Nümayəndələr palatasının bəzi üzvləri ABŞ liderinin bu təklifini dəstəkləməyəcək. Çünki onlar Suriyada əməliyyat keçirdiyi üçün Türkiyəyə qarşı sanksiyaların tətbiqini dəstəkləmişdilər.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O Brayen bildirmişdi ki, Türkiyə Rusiyada S-400 zenit-raket kompleksləri aldığı üçün ABŞ Konqresinin sanksiyaları ilə üzləşə bilər və bu barədə Donald Tramp gələn həftə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Vaşinqtona səfəri zamanı ona deyəcək.

"Əgər Türkiyə S-400-dən əl çəkməsə, çox güman ki, CAATSA qanununa müvafiq olaraq sanksiyaları Konqresdə hər iki cəbhə dəstəkləyəcək və Türkiyə də bu sanksiyaların gücünü görəcək. Biz bunu Ərdoğana aydın şəkildə dedik. NATO-da S-400, Rusiya silahlarının alınması yolverilməzdir. Bunu Prezident (Tramp) o (Ərdoğan), Vaşinqtona gələndə ona aydın surətdə deyəcək", - O`Brayen bildirib.

Bu ilin yayında ABŞ Türkiyəni F-35 təyyarələrinin istehsalı proqramından kənarlaşdırıb və Rusiya istehsalı olan zenit-raket komplekslərinin alınmasına görə növbəti sanksiyalarla hədələyib.

Əsas mövzular