04:20 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Raketin buraxılması, arxiv şəkli

Birləşmiş Ştatlar Rusiya və Çinlə kosmik müharibəyə hazırlaşır

© Sputnik / Aleksey Filipov
DÜNYA
Qısa URL
429 0 0

Pentaqon artıq milli təhlükəsizlik üzrə büdcənin genişləndirilməsi üçün büdcədən 14,1 milyard dollar istəyib

BAKI, 12 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyatı Rusiya və Çinlə kosmosda müharibə imkanını qiymətləndirir. Bu barədə Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir.

ABŞ Strateji Komandanlığının başçısı, Hərbi Hava Qüvvələrinin (HHQ) generalı Con Hayten tutduğu vəzifəsindən getməmişdən qabaq Milli Kəşfiyyat İdarəsindən kosmik təhdidlərə dair hesabat hazırlanmasını istəyib.

ABŞ Müdafiə Nazirliyinin kosmik təhlükəsizlik departamentinin rəhbəri Stiv Kitay artıq bəyan edib ki, "təhdidlər həqiqətən də yüksəkdir və genişlənir".

ABŞ-ın Kosmik Qüvvələrinin yeni komandanlığı üçün yeni hesabat hazırlanır. Hesabat noyabrın 14-ü təqdim olunacaq.

Pentaqon artıq milli təhlükəsizlik üzrə büdcənin genişləndirilməsi üçün büdcədən 14,1 milyard dollar istəyib.

Əlaqədar

Rusiyanın analoqu olmayan silah sistemləri sual doğurdu - olub, ya yox?
ABŞ kosmosda müharibəyə hazırlaşır – Rusiya, İran...
Rusiya kosmosa şüşədən hazırlanmış kürə göndərəcək
Yer planeti 18 milyard kilometr aralıdan mesaj aldı
Putin bu qəbildən olan insanlara maksimal sərbəstlik istədi

Əsas mövzular