Hərbçilər prezidentdən üz döndərdilər, təyyarəsi qonşu ölkədən uçma izni istəyir

© REUTERS / CARLOS GARCIA RAWLINSПрезидент Боливии Эво Моралес
Президент Боливии Эво Моралес - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi komandanlıq qanundan kənar fəaliyyət göstərən silahlı qüvvələrin neytrallaşdırılması üçün həm havada, həm quruda əməliyyat keçirilməsi üçün əmr verib

BAKI, 11 noyabr — Sputnik. Boliviyanın hərbi qüvvələri Prezident Evo Moralesi ölkədə sabitliyin saxlanılması naminə istefa verməyə çağırıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, məlumatı Reuters yayıb.

BBC Argentina-nın məlumatına görə, Evo Moralesin təyyarəsi Argentina üzərində uçmaq üçün plan istəyib.

Kütlə, arxiv şəkli - Sputnik Azərbaycan
Boliviyada milli televiziya və radio etirazçıların əlinə keçdi

Nəşrin məlumatına görə, Boliviya Prezidentinin təyyarəsi El-Alto beynəlxalq hava limanından uçacaq.

Bundan bir qədər əvvəl hərbi qüvvələr ölkədə qanunsuz fəaliyyət göstərən silahlı qruplaşmaların neytrallaşdırılması üçün əməliyyata başlamaq qərarı verib.

"Hərbi komandanlıq qanundan kənar fəaliyyət göstərən silahlı qüvvələrin neytrallaşdırılması üçün həm havada, həm quruda əməliyyat keçirilməsi üçün əmr verib", - Boliviya HHQ-nin Twitter-dəki səhifəsində yayılan bəyanatda deyilir.

Bu arada Evo Moralesin rəqibi Karlos Mesa bildirib ki, yeni prezident seçkilərində Morales iştirak etməməlidir. 

"Növbəti seçkilərdə Evo Morales və Alvaro Qarsiya Linera namizəd ola bilməzlər (müvafiq olaraq prezident və vitse-prezident vəzifələri nəzərdə tutulur - red.)", - Mesa jurnalistlərə deyib.

Boliviyada etiraz aksiyaları oktyabrın 20-də başlayıb və hələ də davam edir.

Xəbər lenti
0