02:53 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
DÜNYA
Qısa URL
4310

Göbələyin yaratdığı infeksiya heyvanlara nə yemək tapıb qidalanmağa, nə də başqa canlılardan qorunmağa imkan vermədiyindən sürünənlər məhv olurlar

BAKI, 11 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında qorxu filmlərini andıran səhnələr canlanır: burada yayılan nadir göbələk xəstəliyi ilanları mumiyaya döndərir.

Sputnik-in məlumatına görə, Kaliforniyanın Balıq və Vəhşi Təbiət Departamenti (CDFW) Plimutda "arıqlamış və əzab çəkən" kral kobrasının aşkarlandığını bildirib. 

İlanın dərisi cadar-cadar olub, ətindən aralanıb, bəzi yerləri suluqlayıb, sürünən mumiyaya bənzəyib.

​Syerra-Nevadadakı Vəhşi qoruğa çatdırılan ilan əzab çəkməsin deyə iynə vurularaq öldürülüb. Onu yaranda aydın olub ki, sürünən göbələyə yoluxub.

Daha bir oxşar hadisə Folsomda qeydə alındığından CDFW-də hesab edirlər ki, Plimutdakı hadisə nadir deyil.

Yoluxmuş ilanlarla rastlaşan insanlardan dərhal bu barədə xəbər vermələri, eyni zamanda sürünənləri tərpətməmələri xahiş olunur, çünki əks halda göbələk daha çox yayıla bilər.

​Xəstəlik "ilanların göbələk xəstəliyi" adlandırılıb, çünki indiyədək ancaq ilanlarda görülüb. Bildirlir ki, əslində ilk belə yoluxma halı 2008-ci ildə qeydə alınıb. On il əvvəl aşkar olunan "Ophidiomyces ophiodiicola" göbələyi mumifikasiyaya səbəb olan infeksiya törədir.

İlanlar dərilərindəki çatlar, yaxud da digər xəstə ilanlarla təmaslar zamanı göbələyə yoluxurlar. Sonra bu göbələk heyvanlara nə yemək tapıb qidalanmağa, nə də başqa canlılardan qorunmağa imkan vermədiyindən sürünənlər məhv olurlar.

10 il ərzində bu xəstəliyə ABŞ-ın 23 ştatında 20 müxtəlif ilan növü arasında, hətta Avropada rast gəlinib.

CDFW-də əmindirlər ki, çətin ki, bu, insanlara da ziyan vursun.

"Bu infeksiyanın ilanlardan insanlara keçdiyi barədə heç bir sübut yoxdur", - departamentin hesabatında deyilir.

Əlaqədar

Anakonda ilə üz-üzə - VİDEO
Təhlükəli hesab edilən it iki uşaq üçün canını verdi
İlan "28 Mall"a necə daxil olub? - Açıqlama
Bölgəmizdə ilanlar bütöv bir ailəni öz evindən didərgin salıb – VİDEO
Tualetə köhnə dəm tökmək istədi, gördüklərindən dəhşətə gəldi - Video

Əsas mövzular