23:57 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Seysmoqraf, arxiv şəkli

Təkrar zəlzələlər qonşularımızı vahiməyə saldı

CC0 / Matt Katzenberger / Seismograph
DÜNYA
Qısa URL
1810

Bu gün Türkiyə və İranda zəlzələ olub. Bu ərazilərdən biri ötən ay, digəri isə iki gün əvvəl yaşadığı zəlzələ dəhşətini yenidən yaşayıb

BAKI, 10 noyabr — Sputnik. Ankaranın Mamak rayonunda 3,4 maqnitudalı zəlzələ olub.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, Fövqəladə Hallar və Fəlakətlərin İdarə olunması Nazirliyindən (AFAD) verilən məlumatda yeraltı təkanlar yerli vaxtla 13:11-də qeydə alınıb. Zəlzələ yerin 7 km dərinliyində baş verib. Dağıntı və tələfat yoxdur.

Xatırladaq ki, bu ilin sentyabrında İstanbulda 5.9 bal gücündə zəlzələ nəticəsində 34 nəfər xəsarət almış, 473 binaya ziyan dəymişdi.

Bu gün səhər saatlarında daha bir zəlzələ isə İranın Şərqi Azərbaycan əyalətində olub. Ocağı 8 km dərinlikdə yerləşən zəlzələnin gücü 4.8 bal olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Bu əyalətdə iki gün əvvəl baş verən 5.9 maqnitudalı zəlzələdə isə azı 5 nəfərin həlak olduğu, 120 nəfərin xəsarət aldığı bildirilir. Həmin zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 62 kiometr dərinlikdə olub.

Əsas mövzular