Seçkidə rekord: qəsəbə səsverməni 32 saniyəyə bitirdi

© AFP 2023 / RICHARD BOUHETГолосование на выборах, фото из архива
Голосование на выборах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün İspaniyada parlament seçkiləri keçirilir. Bu, dörd il ərzində dördüncü, bu il ərzində isə ikinci vaxtından əvvəl keçirilən seçkidir

BAKI, 10 noyabr — Sputnik. İspaniyanın Vilyarroya qəsəbəsində (Rioxa muxtar cəmiyyəti) növbədənkənar parlament seçkiləri cəmi 32 saniyə çəkib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu yaşayış məntəqəsində cəmi 8 seçici var və onlar hər dəfə yeni rekord qırmağa çalışırlar. Bu qədər tez vilyarroyalılar hələ səs verməmişdilər. Axırıncı dəfə belə sürətli səsvermə burada 4 il əvvəl qeydə alınmışdı. O zaman onlar bunun üçün 42 saniyə sərf etmişdilər. Bu il aprelin 28-də isə səsvermə dəqiqə yarım davam etmişdi.

İspaniya polisi Kataloniyada etiraz aksiyaları zamanı - Sputnik Azərbaycan
Avropanın mərkəzi qaynayır: Etiraz aksiyasında 90 nəfər xəsarət aldı

Tez səs vermək üçün Vilyarroya sakinləri hazırlıqlardan yarım saat öncə məntəqədə toplanırlar. Bu dəfə isə əvvəlcədən növbəyə də düzülüblər. Seçicilər bülletenləri qutuya atan kimi meriyanın katibəsi Klara Martines seçki komissiyasına zəng vuraraq səsvermənin bitdiyi barədə hesabat verib.

Bu gün İspaniyada parlament seçkiləri keçirilir. Bu, dörd il ərzində dördüncü, bu il ərzində isə ikinci vaxtından əvvəl keçirilən seçkidir. Onun nəticələrinə görə baş korteslər - 350 konqres deputatı və 208 senator seçiləcək.

37 milyon insanın səsvermə hüququ var, onlardan 34.9 milyonu İspaniya ərazisində, 2,1 milyonu isə xaricdə yaşayır. 227 min insan ilk dəfə səs verəcək.

Xəbər lenti
0