Qonşumuz nəhəng neft yatağı aşkarladı

© AFP 2023 / YE AUNG THUНефть, фото из архива
Нефть, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İranda neft və qaz yataqlarının əksəriyyəti ölkənin cənub-qərb hissəsində, Fars körfəzi hövzəsində yerləşir. 2013-cü ilin məlumatlarına görə, İranın təsbit olunmuş neft ehtiyatları 160 milyard barelə yaxın idi

BAKI, 10 noyabr — Sputnik. İranda nəhəng neft yatağı aşkarlanıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani deyib.

"Biz 53 milyard barel ehtiyata malik yeni iri neft yatağı aşkarlamışıq", - "Mehr" agentliyi İran Prezidentinin sözlərini sitat gətirib.

2013-cü ilin məlumatlarına görə, İranın təsbit olunmuş neft ehtiyatları 160 milyard barelə yaxın idi. İranda neft və qaz yataqlarının əksəriyyəti ölkənin cənub-qərb hissəsində, Fars körfəzi hövzəsində yerləşir. Həmçinin Mərkəzi İran, Qaraqum və Cənubi Xəzər hövzələrində də yataqların olduğu təsdiqini tapıb. Ölkədə 70-dən çox neft və 21 qaz yatağı var.

Xəbər lenti
0