09:18 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Meyitxana, arxiv şəkli

Ölümün yeni növü tapıldı

© AFP 2019 / GUILLEM SARTORIO
DÜNYA
Qısa URL
26 0 0

Yeni növ QİÇS-in necə yayıldığını aydınlaşdırır və QİÇS-in diaqnostikasında yeni dəqiq metodikasının yaranmasına əsas verir

BAKI, 8 noyabr — Sputnik. Alimlər son 19 ildə ilk dəfə QİÇS -in (HİV) yeni növünü müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Abbott Laboratories şirkəti, Kanzas City, Missuri Universiteti ilə birlikdə aparılan araşdırma nəticəsinə belə qərara gəlib ki, yeni növ ştamm qlobal HİV pandemiyasına səbəb olan viral alt tiplər ailəsindən QİÇS-in M versiyasına aiddir.

Bununla yanaşı, araşdırmaçılar iddia edir ki, narahatlığa heç bir əsas yoxdur. Çünki yeni müalicə metodları yeni tapılan növə qarşı da effektlidir.

Buna baxmayaraq, yeni növ QİÇS-in necə yayıldığını aydınlaşdırır və QİÇS-in diaqnostikasında yeni dəqiq metodikasının yaranmasına əsas verir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 36,7 milyon QİÇS xəstəsi yaşayır. Müşahidə dövrü ərazində 70 milyon xəstə qeydiyyatdan keçib. Onlardan 35 milyonu ölüb.

Əsas mövzular