17:21 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
199 0 0

Amerikanın Kolorado ştatının sakini insan olmaqdan imtina edərək pişik olmaq və özünə sahib tapmaq qərarına gəlib

BAKI, 5 noyabr — Sputnik. Amerikanın Kolorado ştatının sakini insan olmaqdan imtina edərək pişik olmaq və özünə sahib tapmaq qərarına gəlib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, koloradolu qızın bu əhvalatını oxuculara "Daily Mail" tabloidi təqdim edib.

31 yaşlı Ket Layons (Kat Lyons) hələ məktəbdə oxuyarkən pişik qulaqları taxmağa başlayıb. "Hər şey "Anime"dən başladı. Mən bu filmə baxdım və düşündüm: "Lənət şeytana, necə də əladır. Mən də real həyatda məhz belə görünmək istəyirəm". Məni həmişə zahiri görünüşümə görə aşağılayırdılar və əzbərçi adlandırırdılar. Mən öz niyyətimi gizlətməli oldum", - deyə qız bildirib.

"Mən həmişə ətrafdakılardan fərqlənirdim. Həmişə pişiklərdən zövq alırdım və özümü də onlardan biri kimi hiss edirdim. Mən indi onların həyatını yaşayıram və özümü öz yerimdə hiss edirəm", - deyən amerikalı pişik-qız "Colorado Springs"-də model olaraq Cat Girl Manor rolunu oynayandan sonra onu fetişləşdirdiyini etiraf etmək qərarına gəlib. Qız burada 52 yaşlı aerokosmos mühəndisi Robrext Berqə (Robrecht Berg) aşiq olub və tezliklə onunla münasibət qurub.

"Anime" həvəskarlarının illik görüşlərini təşkil edən bu kişi Layonsun həyat tərzini tam dəstəkləyir. "Hər kəsin biz özəlliyi var. Hesab edirəm ki, insanlar bu yolla həyatdan həzz alır, rahatlaşır, yaradır və özləri olurlar", - deyə Berq bildirib.

Layons öz sahibini sevir, özü isə təvazökar ev heyvanının rolunu oynayır. O, indi pişik qulaqları ilə yanaşı, quyruq və xalta da taxır.

Amerikalı etiraf edib ki, heç də hamı onun bu hobbisini təqdir eləmir. "Ailəmiz və bir çox tanışlarım məni olduğum kimi qəbul etmirlər, hətta bu barədə eşitmək belə istəmirlər. Mənə ağırdır, sanki mən heç olmamışam. Amma ictimai rəyə tabe olmaq fikrim yoxdur. Uşaqlıqda normal görünməyə məcbur oldum, amma indi özüm olmaq istəyirəm: istədiyim vaxt dırmaşmaq, kasadan içmək, xalta və qulaqlar taxmaq istəyirəm", - deyə pişik-qız bildirir.

"İndi kimsə mənə deyə bilməz ki, "sən normal adam olmalısan". Mən indi özüm olmaq istəyirəm", - Layons əlavə edib.

Qeyd edək ki, bu, Qərb dünyasında adamların özlərini ev heyvanı kimi hiss etmək istədiyinə dair ilk hal deyil. Aprel ayında belə bir məlumat yayılmışdı ki, İngiltərənin Böyük Mançester qraflığındakı Solford şəhərində mağaza meneceri it-adam olmaq qərarına gəlib. 37 yaşlı Kaz Ceyms (Kaz James) dostlarına və heyvanlara hürür, əşyaları əlləri ilə deyil, dişləri ilə daşıyır, yeməyi itlər üçün nəzərdə tutulmuş qabda yeyir.

Son zamanlara qədər insanlar arasında cinsini dəyişmək dəbdə idi. Görünür, bundan sonra insanlar həm də növlərini dəyişməyi dəbə mindirəcəklər.

Əsas mövzular