09:24 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
21 0 0

Dünyaca məşhur Ledi Qaqa növbəti dəfə "Oskar" almaq sevdasına düşüb. Bu dəfə o, cinayətkar obrazını canlandıracaq

BAKI, 5 noyabr — Sputnik. Ledi Qaqa Ridli Skottun Mauriso Quççinin öldürülməsindən bəhs edən filmində rol alıb.

Sputnik Azərbaycan xəbər verir ki, ulduz müğənni filmdə Quççinin ölümünün təşkilatçısı kimi məhkum olunmuş keçmiş həyat yoldaşı Patrisiya Recianinin obrazını canlandıracaq.

1995-ci ildə Quççi moda evinin direktoru olan zaman fəaliyyət göstərdiyi ofisin yaxınlığında killer gülləsinə tuş gələrək həyatını itirmişdi. Hadisədən iki il sonra Reciani şübhəli şəxs kimi saxlanılıb, bir il sonra isə 29 il həbs cəzası alıb. Mətbuatda bu xanım Qara dul ləqəbi ilə tanınıb. O, 18 ildən sonra, 2016-cı ildə nümunəvi davranışa görə azadlığa çıxıb.

Qeyd edək ki, Ledi Qaqa ilə Bredli Kuperin musiqili rimeykindəki çıxışı müğənniyə ən yaxşı qadın obrazına görə "Oskar" qazandırıb.

Əsas mövzular