İran uran istehsalını on dəfədən çox artırıb – Təhlükəli rəqəm

© AP Photo / Vahid Salemiİranın uran emalı zavodunda texniki işçi, arxiv şəkli
İranın uran emalı zavodunda texniki işçi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Salehi həmçinin 30 ədəd "IR-6" tipli sentrifuqanın işə salındığını və bu sentrifuqaların ümumi sayının 60-a çatdırıldığını deyib

BAKI, 4 noyabr — Sputnik. Vaşinqtonun nüvə razılaşmasından çıxmasından sonra nüvə öhdəliklərini azaltmaqda olan İran son iki ay ərzində uranın istehsalını on dəfədən çox artırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib. Onun sözlərinə görə, zənginləşdirilən uranın həcmi əvvəllər gündə 450 qram təşkil edirdisə, hazırda bu rəqəm gündə 5 min qramı ötüb.

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
BMT İranın nüvə proqramı məsələsinə təsir edə bilərmi - politoloq şərhi

Nətənzdəki nüvə obyektinə baş çəkmiş Salehi həmçinin 30 ədəd "IR-6" tipli sentrifuqanın işə salındığını deyib.

O qeyd edib ki, bir müddət öncə əlavə olaraq 20 belə sentrifuqa quraşdırılıb və İran bu sentrifuqaların ümumi sayını 60-a çatdırıb.

Xatırladaq ki, 2015-ci ildə "altılıq" (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran nüvə razılaşmasına nail olduqlarını bəyan ediblər. Razılaşmaya əsasən İranın nüvə proqramına məhdudiyyətlər qoyulmaqla ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar götürülməli idi. Lakin sazişin ömrü uzun olmayıb. Üç ildən sonra, yəni 2018-ci il mayın 8-də ABŞ sazişdən birtərəfli şəkildə çıxdığını və Tehrana qarşı sərt sanksiyaları bərpa etdiyini bəyan edib.

ABŞ-ın sazişdən çıxmasının ildönümündə Tehran nüvə sazişi çərçivəsində bir sıra öhdəliklərindən imtina etdiyini bəyan edib. Tehran öhdəliklərdən imtina prosesini mərhələlərlə yerinə yetirir.

Xəbər lenti
0