08:39 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
109 0 0

Şahidlər deyiblər ki, nümayişçilər konsulluq binasının qapısını yandırıblar və bundan sonra onlarla diplomatik missiyanın təhlükəsizlik qüvvələri arasında toqquşma yaranıb

BAKI, 4 noyabr — Sputnik. İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğuna noyabrın 4-nə keçən gecə edilmiş hücum nəticəsində üç nəfər həlak olub.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, hücum edənlər etirazçılar olublar.

Şahidlər RİA Novosti-yə deyiblər ki, nümayişçilər konsulluq binasının qapısını yandırıblar və bundan sonra onlarla diplomatik missiyanın təhlükəsizlik qüvvələri arasında toqquşma yaranıb.

İraqın "Shafaq" agentliyi isə xəbər verir ki, etirazçılar konsulluqdakı İran bayrağını çıxararaq onun əvəzinə İraqın bayrağını yerləşdiriblər.

Qeyd edək ki, İraqın əsasən şiələr yaşayan şəhərlərində tətillər elan olunub, əsas yollar bağlanıb. Oktyabrın əvvəlindən davam edən etirazların iştirakçıları hökumətin istefasını, korrupsiya və işsizlik ilə mübarizə aparılmasını, eləcə də həyat səviyyəsinin yaxşılaşdırılmasını tələb edirlər.

 

Əsas mövzular