15:17 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
21 0 0

Auksionda başlanğıc qiymət 260 min dollar olub. Qiymətli satınalmaya ümumilikdə Oliviyanın müxtəlif proyektlərdə istifadə etdiyi 500 geyim təqdim olunub

BAKI, 4 noyabr — Sputnik. "Briolin" filmində əsas rolları ifa etmiş Con Travolta və Olivye Nyuton Conun gödəkcə və şalvarı auksiona çıxarılıb.

Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, auksionda aktyorların filmdə geyindikləri geyimlər 405–700 min dollara satılıb. 1978-ci ildə populyarlıq qazanmış musiqili komediya filminin final səhnəsində aktrisa məhz həmin geyimlərdə kadrlarda görünüb. Auksionda başlanğıc qiymət 260 min dollar olub. Qiymətli satınalmaya ümumilikdə Oliviyanın müxtəlif proyektlərdə istifadə etdiyi 500 geyim təqdim olunub. Auksionun icraçı direktoru Martin Nolan bildirib ki, uzun illər qoruyub saxladığı bütün bu geyimləri aktrisa özü təqdim edib.

Qeyd edək ki, auksiondan gələn gəlirin müəyyən hissəsi Avstraliyada xərçəng xəstəliyini araşdıran Oliviya Nyuton Con mərkəzinin hesabına köçürüləcək.

Əsas mövzular