Tramp Rusiya ilə münasibətləri dəyərləndirdi: "İnsanlar başa düşmürlər..."

© AFP 2023 / BRENDAN SMIALOWSKIПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə Rusiyanın ABŞ-dakı səfiri bəyan edib ki, Tramp "Rusiya ilə dil tapmaq" vədindən başqa, bütün digər seçkiqabağı vədlərinin hamısını yerinə yetirib

BAKI, 4 noyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Rusiya ilə "çox yaxşı" münasibətlərinin olduğunu bəyan edib. Sputnik Azərbaycan "Fox News" telekanalına istinadən xəbər verir ki, Tramp bunu Ağ evin Cənub çəmənliyində jurnalistlərlə danışarkən deyib.

Amerika lideri qeyd edib ki, onun Ukrayna və Çinlə münasibətləri də "çox yaxşıdır".

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Tramp haqda gözlənilməz rəy - Amerika tarixində ən yaxşı prezidentdir

"İnsanlar başa düşmürlər ki, mən (digər ölkələrlə - red.) yaxşı yola getməyi bacarıram", - Tramp deyib.

ABŞ prezidenti əlavə edib ki, onun Ukraynaya dəstəyi də "çox yaxşıdır".

Bir müddət öncə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bəyan edib ki, Tramp "Rusiya ilə dil tapmaq" vədindən başqa, bütün digər seçkiqabağı vədlərinin hamısını yerinə yetirib. Səfir bu məsələ ilə köklü şəkildə məşğul olmağa çağırıb.

Keçən həftə isə Amerika mediası Tramp administrasiyasının hazırkı və keçmiş əməkdaşlarına istinadən ABŞ prezidentinin Ukrayna rəhbərliyinə qarşı qərəzli münasibətinin olduğuna dair xəbər verib. Qeyd olunur ki, Tramp Ukrayna hakimiyyətinin demokratlarla əməkdaşlıq etməsindən, eləcə də 2016-cı ilin seçkiqabağı kampaniyası zamanı ona zərər vurmaq niyyətinin olmasından şübhələnib.

Xəbər lenti
0