14:47 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
60 0 0

Avstraliyada sərnişin daşımasını həyata keçirən 3 belə təyyarənin qanad hissəsində çat izi tapılıb. Artıq bununla əlaqədar olaraq bütün dünyada qanad hissələrində çat izi aşkarlanan 50 təyyarə istismardan kənarlaşdırılıb

BAKI, 3 noyabr — Sputnik. "Boeing"in 737 NG sərnişin təyyarələrində çat izi aşkarlanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bundan əvvəl İndoneziya və Efiopiyada qəzaya uğrayaraq 346 nəfərin ölümünə səbəb olan "Boeing" bu dəfə Avstraliyada “fərqlənib”.

Bəlli olub ki, Avstraliyada sərnişin daşımasını həyata keçirən 3 belə təyyarənin qanad hissəsində çatlar var. Artıq bununla əlaqədar olaraq bütün dünyada qanad hissələrində çat izi aşkarlanan 50 təyyarə istismardan kənarlaşdırılıb.

Məlumata görə, bu təyyarələr ötən əsrin 90-cı illərin sonunda istehsal olunub.

Əsas mövzular