Türkiyədə yaşı 11 min ildən çox olan tikili tapılıb

© AFP 2023 / RAUL ARBOLEDA Археологические раскопки, фото из архива
Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatlara görə, məbəd haradasa 11300 il əvvəl tikilib. Bu da xristianlığın yaranmasından 9 min il əvvələ təsadüf edir

BAKI, 1 noyabr — Sputnik. Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətində qazıntılar zamanı yaşı 11 min ildən çox olan məbəd aşkarlanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məbəd ərazidəki ən qədim yaşayış məskənlərindən birinin xarabalıqları arasında tapılıb.

Seyid Əhməd Baba piri  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Orada bir məzar var, tarixi sirli: Arzu tut, niyyətin həyata keçsə, gələrsən...

Məlumdur ki, Cənub-Şərqi Anadoluda qədim dövrlərdə də yaşayış olub. Burada müxtəlif dövrlərdə şumerlər, babililər, hitlər, assuriyalılar, romalılar, səlcuqlar, osmanlı türkləri yaşayıblar.

Onlar müxtəlif inanclara sahib olub. Ancaq hələ ki, yeni tapılan məbədin kim tərəfindən inşa edildiyi məlum deyil. Məlumatlara görə, məbəd haradasa 11300 il əvvəl tikilib. Bu da xristianlığın yaranmasından 9 min il əvvələ təsadüf edir.

Mütəxəssislər qazıntı zamanı dörd sütun aşkar ediblər. Bunlardan üçü əla vəziyyətdədir. Onların üzərində heç bir yazı və ya rəqəm olmayıb. Elm adamlarının bir aydan sonra təmələ çata biləcəyi təxmin edilir.

Xəbər lenti
0