ABŞ daha bir ölkəni İranla əlaqələrini pozmağa vadar etdi

© AFP 2023 / MOHAMMED HUWAIS"Mahan Air" aviaşirkətinin təyyarəsi, arxiv şəkli
Mahan Air aviaşirkətinin təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliya hökuməti Birləşmiş Ştatların təzyiqi nəticəsində "Mahan Air" aviaşirkətinə qarşı sanksiya tətbiq edib.

BAKI, 2 noyabr — Sputnik. İtaliya hökuməti İranın "Mahan Air" aviaşirkətinə ölkənin hava limanlarına enmə icazəsini ləğv edib.

Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadla xəbər verir ki, İtaliya hökuməti ABŞ-ın təzyiqi nəticəsində "Mahan Air" aviaşirkətinə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Qeyd edək ki, İranın "Mahan Air" aviaşirkəti ABŞ-ın sanksiya siyahısında yer alıb. Aviaşirkət Suriyaya əsgər və sursat daşımaqda ittiham edilir.

Bundan əvvəl Almaniya və Fransa hökuməti də İranın bu aviaşirkətinə qadağa qoyub.

Xəbər lenti
0