Onlara hər şey olar: Milyarderlərin fantastik qiymətə malikanələri

© Sputnik / Scherbakov / Mediabanka keçidОсобняки в элитном поселке в Подмосковье
Особняки в элитном поселке в Подмосковье - Sputnik Azərbaycan
Abunə olmaq
"Citadel" fondunun rəhbəri Ken Qriffin Florida ştatında, okean sahilində yerləşən malikanəsi üçün 130 milyon dollarından keçib. Manhettendə Mərkəzi parka baxan evini isə nə az nə çox 238 milyon dollara əldə edib

BAKI, 2 noyabr — Sputnik. Son illər dünyada milyarderlərin sayı artan xətlə davam edir. Sputnik Azərbaycan "Forbes"ə istinadən xəbər verir ki, milyarderlərin çoxalması əmlak bazarında qiymətlərin də fantastik həddə qədər artmasına səbəb olub.

Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Hökumətləri devirən milyonçu həbs olundu

20 il bundan öncə bu qiymətə ev alınması ağlasığmaz görünsə də, bu il Amerikada 100 milyon dollar dəyərində 20 ev satılıb. Bu əmlaka sahib olanlardan biri "Facebook"un yaradıcısı Mark Zukenberqdir. "Citadel" fondunun rəhbəri Ken Qriffin Florida ştatında, okean sahilində yerləşən malikanəsi üçün 130 milyon dollarından keçib. Manhettendə Mərkəzi parka baxan evini isə nə az nə çox 238 milyon dollara əldə edib.

Qeyd edək ki, “Forbes”in hesablamlarına görə 2016-cı ildə dünyada 1810 milyarder mövcud olub. Ötən il bu rəqəm 2208-ə çatsa da, bu il azalma qeydə alınıb. Belə ki, 247 nəfər milyarder adını daşımaqdan məhrum olub.

Xəbər lenti
0