02:16 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
DÜNYA
Qısa URL
21 0 0

Amerikalı hərbçilərin fikrincə 5,56 kalibrli patronlar Çin və Rusiya ordularında əsgərlərin geyindikləri yeni tipli zirehli jiletləri dəlməyə qadir deyil

BAKI, 1 noyabr — Sputnik. Amerikalı hərbçilər yeni nəsil odlu silahlarını 6,8 millimetrlik kalibrli patronlarla təchiz etməyi planlaşdırırlar. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Popular Mechanics" nəşri yayıb.

Yeni patronlar NATO ölkələrində istifadədə olan 5,56 millimetr kalibrli patronları əvəz edəcək. Qeyd edək ki, 5,56 millimetr kalibrli patronlar ABŞ istehsalı olan "M16" avtomatlarında istifadə olunur.

Bildirilir ki, ABŞ ordusunun yeni patronlardan istifadə etmək planları Çin və Rusiya ordularında əsgərlərin geyindikləri yeni tipli zirehli jiletlərlə bağlıdır. Amerikalı hərbçilərin fikrincə 5,56 kalibrli patronlar sözügedən zirehli jiletləri dəlməyə qadir deyil.

Yeni patronlar "M4A1" avtomatını və "M249" pulemyotunu əvəz edəcək silahlarda istifadə olunacaq.

Əsas mövzular