Əsəd iddia etdi: "Rusiya–Türkiyə razılaşması müvəqqəti xarakter daşıyır"

© REUTERS / SANAПрезидент Сирии Башар Асад
Президент Сирии Башар Асад - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Suriyanın suverenliyi və ərazi bütövlüyü mövqeyindən çıxış edir və bu siyasət dəyişməyib. Lakin Rusiyanın siyasəti həm də müasir reallıqlarla bağlıdır

BAKI, 1 noyabr — Sputnik. Rusiya bugünkü reallıqlar əsasında Suriyanın şimal-şərqindəki vəziyyətə dair Türkiyə ilə razılaşma əldə edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd dövlət telekanallarına müsahibəsində bildirib.

Турецкий солдат на турецко-сирийской границе в Акчакале в провинции Шанлыурфа, Турция - Sputnik Azərbaycan
Ankara əsir götürülən Suriya hərbçiləri ilə bağlı Moskva ilə danışıqlar aparır

"Rusiya Suriyanın suverenliyi və ərazi bütövlüyü mövqeyindən çıxış edir və bu siyasət dəyişməyib. Lakin Rusiyanın siyasəti həm də müasir reallıqlarla bağlıdır. Rusiya-Türkiyə razılaşması daimi yox, müvəqqətidir. Biz taktikanı yekun və strateji məqsədlərdən ayırmalıyıq", - deyə Əsəd vurğulayıb.

Suriya Prezidenti vurğulayıb ki, Rusiya Ankara və Vaşinqton arasında əldə olunan razılaşmanın bir hissəsi olmayıb: "Rusiya razılaşmalarını həmişə açıqlayır və Rusiya siyasətində gizli heç nə yoxdur. Bu isə bizim üçün müsbət haldır".

İdlibdəki yaraqlılar barədə danışan Əsəd vurğulayıb ki, əgər onlar Türkiyəyə getməsə, onların yalnız iki yolu qalır: "Birinci yol – silahı yerə qoymaq və barışdırma proqramı üzrə reabilitasiya prosesini keçmək. İkinci variant – müharibə. Nə onlarda, nə də bizdə digər seçim yoxdur. Bu yeganə iki variantdır".

Xəbər lenti
0