Türkiyənin Müdafiə naziri: "Hələ heç nə bitməyib, hər an hər şey ola bilər"

© AP Photo / Burhan OzbiliciHulusi Akar, Türkiyə generalı
Hulusi Akar, Türkiyə generalı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Müdafiə naziri "Sülh bulağı" əməliyyatı çərçivəsində Suriyanın Tel Abyad şəhərində olan bir bölüyün komandanı ilə danışıb

BAKI, 31 oktyabr — Sputnik. Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və Quru Qoşunları komandanı Ümid Dündar ötən gün axşam saatlarında Suriya ilə sərhəddə yerləşən Şanlıurfaya gediblər. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, türkiyəli generallar Suriya sərhədində olan birlikləri yoxlayıblar.

Türkiyə Müdafiə naziri "Sülh bulağı" əməliyyatı çərçivəsində Suriyanın Tel Abyad şəhərində olan bir bölüyün komandanı ilə danışıb. Komandan hərbçilərin vəziyyəti, durumu ilə bağlı Akara məruzə edib.

"Burada hələ heç nə bitməyib, hər an hər şey ola bilər. Ona görə hər kəs hər an hazırlıqlı olmalıdır", - deyə Akar hərbçilərə bildirib.

Xəbər lenti
0