Şoyqunun səfəri: Ermənistandakı Rusiya bazasının gücü iki dəfə artırılacaq

© Sputnik / Илья Питалев / Mediabanka keçidМинистр обороны РФ Сергей Шойгу на церемонии открытия Армейских международных игр "АрМИ-2017" в Московской области
Министр обороны РФ Сергей Шойгу на церемонии открытия Армейских международных игр АрМИ-2017 в Московской области - Sputnik Azərbaycan
Abunə olmaq
Cənub Hərbi Dairəsinin rəisi, general-leytenant Sergey Kuzovlev nazirə məruzə edib ki, baza maddi ehtiyatlar, texnika və silahlarla tam həcmdə təmin olunub.

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının gücü və döyüş potensialı təxminən 2 dəfəyə qədər artırılacaq.

Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ "yaşıl işıq" yandırdı, Türkiyə başqa ölkənin ərazisində hərbi baza yaradır

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyquya bazanın komandiri, polkovnik Nikolay Martınyuk bildirib.

Şoyqu Gümrüdəki hərbi bazanı ziyarət edib. Hərbi bazanın gücü yeni və modernizə olunmuş silah və hərbi texnika alındıqdan sonra artacaq.

Öz növbəsində Cənub Hərbi Dairəsinin rəisi, general-leytenant Sergey Kuzovlev nazirə məruzə edib ki, baza maddi ehtiyatlar, texnika və silahlarla tam həcmdə təmin olunub.

O, həmçinin qeyd edib ki, bazanın mövcud poliqon infrastrukturu şəraitində təlim də daxil olmaqla bütün növ döyüş hazırlıqları üçün əlverişlidir.

Xəbər lenti
0