İranın taleyi bundan sonra Messinin həmyerlisindən asılı olacaq

Abunə olmaq
Bu ilin iyulun 22-də vəfat edən baş direktor Yukiya Amanonu bu postda Argentinanın qurumdakı daimi nümayəndəsi Rafael Qrossi əvəz edib

BAKI, 29 oktyabr — Sputnik. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İdarə Şurası Argentinanın qurumdakı daimi nümayəndəsi Rafael Qrossini agentliyin baş direktoru seçib.

Yapon yazıçı Kadzuo İşiquro - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Atom bombardmanına məruz qalmış şəhərin qalib övladı

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixai Ulyanov bildirib.

Qeyd edək ki, bu ilin iyulun 22-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano vəfat edib.

72 yaşlı yaponiyalı diplomat AEBA-ya 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi. O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətinə BAEA-nın direktoru seçilib. Onun bu vəzifədə səlahiyyətləri 30 noyabr 2021-ci il tarixində bitməli idi.

Xəbər lenti
0