Ankaranın Vaşinqton və Moskva ilə razılaşmaları bir-birinə alternativ deyil

Abunə olmaq
Türkiyə Rusiya və İranla birgə Astana formatı dialoqu çərçivəsində Suriyada Konstitusiya Komitəsinin formalaşdırılması üçün maksimum səy göstərir

BAKI, 29 oktyabr — Sputnik. “Ankaranın Suriyadakı vəziyyətə dair Vaşinqton və Moskva ilə razılaşmaları bir-birinə alternativ deyil”.

Банкноты номиналом 1000 рублей во время счетно-сортировальных работ  - Sputnik Azərbaycan
Rusiya tərəfi Türkiyə ilə bağlı bu məlumatları ilk dəfə açıqladı

Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə müsahibəsində Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar bildirib.

"Bizim Rusiya ilə əməkdaşlığımıza və ABŞ-la sazişimizə baxdıqdan onların bir-birilərini tamamladığını görürük" - deyə səfir qeyd edib.

Diplomat eyni zamanda qeyd edib ki, Türkiyə Rusiya və İranla birgə Astana formatı dialoqu çərçivəsində Suriyada Konstitusiya Komitəsinin formalaşdırılması üçün maksimum səy göstərir: "Mən inanıram ki, növbəti proseslərdə də əməkdaşlıq ruhunu saxlayacağıq və Suriyada siyasi yolla nizamlanmanın əldə olunmasına töhfə verəcəyik".

Xəbər lenti
0