07:10 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
42 0 0

Avropa İttifaqı Böyük Britaniyanın təşkilatın üzvlüyündən çıxmaq məsələsini 2020-ci il yanvarın 31-dək təxirə salıb

BAKI, 28 oktyabr — Sputnik. Avropa İttifaqı Böyük Britaniyanın təşkilatın üzvlüyündən çıxmaq məsələsini 2020-ci il yanvarın 31-dək təxirə salıb. Sputnik Azərbaycan verir ki, bu barədə məlumatı öz "Twitter" səhifəsində Avropa Şurasının prezidenti Donald Tusk qeyd edib.

"Avropa İttifaqına üzv 27 ölkə "Brexit"in 31 yanvar 2020-ci ilə qədər uzadılmasına dair Böyük Britaniyanın sorğusunu qəbul edib. Qərarın yazılı şəkildə rəsmiləşəcəyi gözlənilir", - deyə Tusk yazıb.

Qeyd edək ki, 2016-cı il iyunun 23-ü baş tutan və bir sualdan ibarət (Böyük Britaniya Avropa İttifaqında qalsın, yoxsa çıxsın) referendum nəticəsində Böyük Britaniya vətəndaşları qurumdan çıxmağa qərar verib.
Belə ki, referendum nəticəsinə əsasən vətəndaşların 52%-i Krallığın Aİ-dən çıxmasının lehinə səs verib. Böyük Britaniyanın 2019-cu il martın 29-na nəzərdə tutulmasına baxmayaraq, bu proses oktyabrın 31-ə qədər təxirə salınmışdı.

Əsas mövzular