Dəhşət kasıbladı - bir gecədə 7 milyard dollar itirdi

© AFP 2023 / WAKIL KOHSARПересчитывание денег. Архивное фото
Пересчитывание денег. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Səhmlərin qiymətinin yenə düşməsi halında Bezos ən varlı adamlar siyahısındakı birinci yeri Bill Geytsə verə bilər

BAKI, 27 oktyabr — Sputnik. "Amazon" onlayn satış saytının yaradıcısı və sahibi Ceff Bezos şirkətinin səhmlərinin qiymətinin düşməsi nəticəsində 6,9 milyard dollar itirib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "CNBC" telekanalı yayıb.

Qeyd edək ki, Bezos "Forbes" jurnalının ən varlı adamların reytinqinə liderlik edir.

© AFP 2023 / Jim Watson"Amazon" onlayn satış saytının yaradıcısı və sahibi Ceff Bezos
Dəhşət kasıbladı - bir gecədə 7 milyard dollar itirdi - Sputnik Azərbaycan
"Amazon" onlayn satış saytının yaradıcısı və sahibi Ceff Bezos

Oktyabrın 24-də "Amazon" üçüncü kvartalda gəlirlərinə dair hesabatı təqdim edib. Məlumata görə, göstəricilər proqnozları doğrultmayıb və nəticədə şirkətin səhmlərinin qiyməti 9 faiz düşüb.

Şirkətin səhmlərinin 57,6 milyonu Bezosa məxsusdur. Səhmlərin qiymətinin yenə düşməsi halında Bezos ən varlı adamlar siyahısındakı birinci yeri Bill Geytsə verə bilər.

Bir müddət öncə "Forbes" Bezosun sərvətini 114 milyard dollar səviyyəsində qiymətləndirib. Keçən il isə bu rəqəm 160 milyard dollar səviyyəsində idi. Milyarderin itkiləri həyat yoldaşı Makenzi ilə boşanma prosesinin sona çatması ilə bağlıdır. "Forbes"un yazdığına görə, bu proses tarixə "dünyanın ən bahalı boşanması" kimi düşüb.

Bezosun "Amazon"dakı payının dörddə biri onun keçmiş həyat yoldaşına verilib.

Xəbər lenti
0