Kişi "Tesla"nın içində diri-diri yandı

© AP Photo / David ZalubowskiTeslanın emblemi
Teslanın emblemi - Sputnik Azərbaycan
Abunə olmaq
Həlak olan sürücünün ailə üzvləri avtomobilin konstruksiya defektləri səbəbindən yaxınlarını itirdiklərini bildiriblər

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Cənubi Karolina ştatının sakini Omar Avan icarəyə götürdüyü "Tesla" avtomobili ilə qəzaya düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə  Washington Post yazır. Nəşrin məlumatına görə, 48 yaşlı kişi avtomobilin idarəetməsini itirərək onu palma ağacına çırpıb. Nəticədə maşının litium-ion akkumulyatoru alışıb, tüstü salonu bürüyüb.

​Ətrafda insanlar toplaşsalar da, S modelinin konstruksiya xüsusiyyətləri səbəbindən sürücünü salondan çıxara bilməyiblər. Avtomobilin qapısı elektronikanın köməyilə açıldığından xilasetmə əməliyyatı baş tutmayıb.

Həlak olan sürücünün ailə üzvləri avtomobilin konstruksiya defektləri səbəbindən yaxınlarını itirdiklərini bildiriblər.

Xəbər lenti
0