Yaxın Şərqdə yeni era başlayıb

© Sputnik / Mikhail Alaeddin / Mediabanka keçidПокинутая база авианаводчиков армии США в поселении Дадат в пригороде Манбиджа на северо-востоке Сирии
Покинутая база авианаводчиков армии США в поселении Дадат в пригороде Манбиджа на северо-востоке Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın Yaxın Şərqə sahib olmaq niyyəti və bunu etmək üçün resursu yoxdur: "Rusiyanın strateji planı əsas hərəkətverici qüvvənin ABŞ olmadığı və əsas rolu qərb deyil, digər ölkələrin oynadığı dünya qurmaqdır.

BAKI, 24 oktyabr — Sputnik. Birləşmiş Ştatların Suriyanın şimalından qoşunlarının çıxarılması yalnız bu ölkənin prezidenti Donad Trampın impulsiv qərarı deyil, həmçinin Yaxın Şərqdə sistematik qüvvələr dəyişiminin nəticəsidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Newsweek" nəşri yazıb.

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Putin və Ərdoğan Soçidə bir araya gəldilər

Qeyd olunur ki, simvolik addım isə Suriyanın Menbiç şəhərində ABŞ hərbçilərinin mövqelərinin Rusiyaya verilməsidir. Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət Universitetinin lektoru və Beynəlxalq münasibətlər üzrə Rusiya Şurasının eksperti Maksim Suçkov nəşrə bildirib ki, son günlərdə baş verənlər Yaxın Şərqdə yeni eranın başlaması anlamına gəlir.

Suşkovun fikrincə, Rusiya vasitəçi kimi öz imicini həqiqətən artırıb və Suriyada bəzi yeni imkanlar əldə edib.

O, qeyd edib ki, Moskvanın Yaxın Şərqə sahib olmaq niyyəti və bunu etmək üçün resursu yoxdur: "Rusiyanın strateji planı əsas hərəkətverici qüvvənin ABŞ olmadığı və əsas rolu qərb deyil, digər ölkələrin oynadığı dünya qurmaqdır".

Rusiyanın xarici siyasəti sahəsində ixtisaslaşan Oksford Universitetinin müəllimi Samuel Ramani də vurğulayıb ki, Rusiya Suriya münaqişəsinə daxil olduqdan sonra bütün böyük oyunçularla əlaqə saxlayır: "Bu yeganə ölkədir ki, hamı ilə danışa bilir: "İsraillə, İranla, kürdlərlə, Suriya hökumət qüvvələri ilə və s".

Ekspert qeyd edib ki, Rusiya Liviya və Yəməndəki böhranlarda da öz rolunu genişləndirə bilər.

Xəbər lenti
0