Zelenskinin yolu ilə - məşhur "KVN"-çiyə yüksək vəzifə verildi

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidUkrayna prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tarbayev də Ukrayna prezidenti Vladimir Zelenski kimi "Şən və Hazırcavablar Klubu"nda komanda kapitanı olub

BAKI, 23 oktyabr — Sputnik. Rusiyanın Kalmıkiya Respublikasının rəhbəri Batu Xasikov "Şən və Hazırcavablar Klubu" (KVN) oyunlarında iştirak edən "Sbornaya RUDN" komandasının sabiq kapitanı Sanqadji Tarbayevi Rusiya prezidenti yanında daimi nümayəndə təyin etdiyini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, Xasikov bu xəbəri "Instagram" sosial şəbəkəsində yayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Бату Хасиков (@batukhasikov)

Onun sözlərinə görə, Tarbayev ən məşhur kalmıklardan biri və çox sayda əhəmiyyətli layihələri həyata keçirmiş ictimai xadimdir.

"Əminəm ki, o, federal mərkəzdə respublikaya lazımi dəstəyin göstərilməsi, investisiyaların cəlb edilməsi üçün sistemli işin həyata keçirilməsi və Moskvada kalmıklar arasında həmyerlilik əlaqələrinin artması üçün hər şeyi edəcək", - Xasikov deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Zelenski xoşbəxtliyin sirrini açıqladı

Sanqadji Tarbayev "Sbornaya RUDN" "KVN" komandasının tərkibində 2002-ci ildən 2007-ci ilədək çıxış edib. Bundan sonra o, filmlərdə və seriallarda prodüserlik edib. Bunların sırasında "Papinı doçki" və "Dayoş molodyoj" kimi layihələri göstərmək olar.

Tarbayev həmçinin 2010-cu ildə Xasikovla birlikdə "Fight Nights Global" adlı promouter şirkətinin təsisçilərindən biri olub.

Xatırladaq ki, Vladimir Zelenski də Ukrayna prezidenti seçilməzdən əvvəl komediya aktyoru, prodüseri və senaristi, eləcə də "KVN" iştirakçısı kimi tanınıb. Belə ki, vaxtilə o, "95-ci kvartal" adlı "KVN" komandasının kapitanı olub.

Xəbər lenti
0