Türkiyədə mətbuat konfransına silahlı basqın - VİDEO

© AFP 2023 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Klubun keçmiş prezidenti ilə təhlükəsizlik xidmətinin işçiləri arasında yaranan problem əlbəyaxa davaya səbəb olub

BAKI, 24 oktyabr — Sputnik. Superliqa təmsilçisi "Dənizlispor"un mətbuat konfransında silahlı insident qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisəni komandanın sabiq prezidenti Süleyman Urkay törədib.

Son 6 oyunu qalib gələ bilməyən "Dənizlispor" klubunun rəhbərliyi mətbuat konfransı keçirib. Konfrans zamanı keçmiş rəhbər Süleyman Urkay və iki nəfər zala daxil olmağa çalışıb. Təhlükəsizlik xidmətinin işçiləri ilə aralarında yaranan problem əlbəyaxa davaya səbəb olub. Həmin an gələn şəxslərdən biri silaha əl atıb. Hadisə yerinə gələn polislər hər üç şəxsi saxlayaraq gözaltına alıb.

Qeyd edək ki, "Dənizlispor" Türkiyə superliqasının son turunda "Fənərbaxça" klubuna 1:2 hesabı ilə məğlub olub.

Xəbər lenti
0