ABŞ tankları Belarus sərhədində - Lukaşenko cavab əmri verdi

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент Белоруссии Александр Лукашенко на заседании Высшего Евразийского экономического совета в узком составе
Президент Белоруссии Александр Лукашенко на заседании Высшего Евразийского экономического совета в узком составе - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ qoşunları Litvanın Belarus ilə sərhədindən 15 kilometr aralıda yerləşən Pabrade poliqonunda dislokasiya olunublar

BAKI, 23 oktyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ tanklarının və hərbçilərinin Litvada yerləşdirilməsinə adekvat cavabın hazırlanmasına dair tapşırıq verib.

Armata main battle tank - Sputnik Azərbaycan
Rusiyadan inanılmaz sövdələşmə - 2 düşmən ölkəyə 800 tank satacaq

Sputnik Azərbaycan Belarus mediasına istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas deyib.

"Hər bir ölkədə bu tip addımlara cavab tədbirləri hazırlanır. Dövlət başçısı da Təhlükəsizlik Şurasının dövlət katibinə və müdafiə nazirliyinə tapşırıb ki, bu fakta reaksiya vermək üçün təkliflərini təqdim etsinlər", - Belarus dövlət teleradio şirkətinə bildirib.

O, izah edib ki, burada söhbət Amerikanın zirehli texnikasının Litvaya göndərilməsindən gedir. Qeyd edilir ki, ABŞ qoşunları Litvanın Belarus ilə sərhədindən 15 kilometr aralıda yerləşən Pabrade poliqonunda dislokasiya olunublar.

Zas qeyd edib ki, sözügedən poliqon Litvada ən böyük poliqonlardan biridir. Amerikalı hərbçilər bundan əvvəl Litvada olmayıblar. O, qeyd edib ki, bu vəziyyətdə sadəcə müşahidəçi qalmaq olmaz.

Sputnik Litva-nın verdiyi məlumata görə, Amerikaya məxsus tanklar və döyüş maşınları oktyabrın 21-də Litvaya çatıb. Hərbi texnika yarım il Pabrade poliqonunda dislokasiya olunacaq. Bundan əvvəl isə oktyabrda ölkəyə ABŞ hərbçiləri göndərilib. Litvaya göndərilən amerikalı hərbçilərinin ümumi sayının 500-dən çox olacağı gözlənilir.

Xəbər lenti
0