İngiltərədə dəhşət - içərisi meyitlə dolu yük maşını tapılıb

© AFP 2023 / PAUL ELLISBritaniya polisi
Britaniya polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Esseks polisi deyib ki, ölənlərdən biri yeniyetmə, 38-i isə böyükdür. Polis yük maşınının Bolqarıstandan gəldiyini bildirib

BAKI, 23 oktyabr — Sputnik. İngiltərənin Esseks qraflığında yerləşən Uoterqleyd Sənaye Parkında içərisində 39 nəfərin meyiti olan yük maşını tapılıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "BBC" telekanalı yayıb.

Yük maşınının 25 yaşlı sürücüsü qətl törətmək şübhəsi ilə saxlanılıb. Onun Şimali İrlandiyadan olduğu bildirilir.

Esseks polisi deyib ki, ölənlərdən biri yeniyetmə, 38-i isə böyükdür. Polis yük maşınının Bolqarıstandan gəldiyini bildirib.

Bu arada, verilən məlumatlara görə, yük maşını Böyük Britaniya ərazisinə bazar günü Uelsdə yerləşən Holihed limanı vasitəsilə daxil olub.

Polis ölən şəxslərin kimliyinin müəyyənləşdirilməsinin çox vaxt aparacağını deyib.

Xəbər lenti
0