16:41 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Türkiyə tankları Suriya ilə sərhəd Şanlıurfa vilayətində, arxiv şəkli

Putinlə görüş bəhrə verdi: Türkiyədən Suriya ilə bağlı kritik qərar

© REUTERS / MURAD SEZER
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (51)
10210

Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib

BAKI, 23 oktyabr — Sputnik. Türkiyə Suriyadakı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb. Sputnik Azərbaycan Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu deyib.

Dünən Moskva və Ankara qarşılıqlı anlaşma haqqında memorandum qəbul ediblər.

Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

"Terrorçular haradasa peyda olsalar, hərbçilərimiz onlarla döyüşə girəcəklər. Silahlar, gizlənmə yerləri, mini-tələlər qalmaqdadır – bunların hamısını aradan götürmək lazımdır. Hələ çox iş qalıb. Buna görə də ərazidə qalırıq", - nazir Anadolu Agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, Çavuşoğlunun bu bəyanatından sonra Türkiyə Müdafiə Nazirliyi Rusiya ilə razılığın əldə edilməsi ilə bağlı olaraq ölkənin hazırkı mərhələdə Suriyada yeni əməliyyatı başlamağa ehtiyac görmədiyini bildirib.

Oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi altı saatlıq danışıqlardan sonra bəyan edib ki, Moskva və Ankara Suriyanın şimalındakı vəziyyətə dair bir sıra razılaşmalara nail olublar. Rusiya lideri bu razılaşmaları "çox vacib, taleyüklü" adlandırıb.

İki ölkə arasında bağlanmış memorandumda prezidentlər Suriyanın birliyinə və ərazi bütövlüyünə, Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiq olduqlarını təsdiq ediblər və Adana razılaşmasına dəstək veriblər. 

Mövzu:
Türkiyə ordusu Suriyada (51)

Əlaqədar

Tramp Ərdoğanın nə istədiyini sosial şəbəkədə yazdı
Amerika əsgərləri terrorçuların arvadlarını Suriyadan çıxarırlar
Suriyadan çıxarılan ABŞ hərbçilərinin son mənzili bəlli oldu
Bir neçə saatları qalıb, yoxsa əməliyyat yenidən başlayacaq – Çavuşoğlu
İraq da ABŞ hərbçilərindən üz döndərdi – Burada qalmayın

Əsas mövzular