Türk nazirdən dəhşətli iddialara cavab: "Bir qram da yoxumuzdur"

© AFP 2023 / BULENT KILICГлава Минобороны Турции Хулуси Акар
Глава Минобороны Турции Хулуси Акар - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə alçaqlara qarşı təkcə müharibə meydanında deyil, bilgi müharibəsində də mübarizəmiz davam edir"

BAKI, 20 oktyabr — Sputnik. "Yalan xəbərlərdə kimyəvi silahdan bəhs edirlər. Türkiyə Silahlı Qüvvələrində bir qram da olsun kimyəvi silah yoxdur. Nə onu atmaq üçün texnikamız, nə də o cür sursatımız var. İnventarda yoxdur".

Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar 50 il öncə məzunu olduğu Kayseri liseyində tələbərlə görüşdə suallara cavab verərkən bildirib.

Məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

Türkiyənin "Sülh bulağı" əməliyyatına diqqət çəkən H.Akar: "Tək hədəfimiz terrorçulardır", - deyib.

"Əməliyyat bölgəsində mülki vətəndaşlara, dini, mədəni, tarixi abidələrə zərər verməyimiz mümkün deyil. Bir Rəkkanın, Mosulun, Şərqi Qutanın fotoşəkillərinə, bir də Türkiyə Silahlı Qüvvələrinin (TSQ) gerçəkləşdirdiyi əməliyyatlardan sonra Afrinə, Rəsulayna, Tel-Abyada baxın", - deyə nazir əlavə edib.

H.Akar Türkiyənin hərbi əməliyyatları başlayandan iftira dolu xəbərlərlə qarşılaşdıqlarını dilə gətirib: "Utanmaz və əxlaqsız adamlar "TSQ Tel-Abyadda uşaqlara bunu etdi", "TSQ Rasulaynda qadınlara belə davrandı" deyə fotolar paylaşırlar, amma araşdırmada fotolardan birinin Vyetnamda, digərinin Əfqanıstanda çəkildiyi ortaya çıxdı. Belə alçaqlara qarşı təkcə müharibə meydanında deyil, bilgi müharibəsində də mübarizəmiz davam edir".

Xəbər lenti
0