11:11 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Bombalanan Ras-əl-Əyn şəhəri, arxiv şəkli

Türkiyə Suriyada bir şəhərə nəzarəti ələ aldı

© AFP 2019 / OZAN KOSE
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (51)
22 0 0

Oktyabrın 12-də Türkiyə Müdafiə Nazirliyi bildirmişdi ki, türk hərbçilər və Suriyanın silahlı müxalifət qüvvələri Ras-əl-Əyni nəzarətə götürüblər

BAKI, 20 oktyabr — Sputnik. "Suriya Demokratik Qüvvələri"nin (SDQ) ərəb-kürd dəstələri Türkiyə ilə sərhəddə yerləşən Ras-əl-Əyn şəhərini tərk ediblər.

Türk ordusuna məxsus tank, arxiv şəkli
© AFP 2019 / BULENT KILIC

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Suriya dövlət telekanalının məlumatına görə, Türkiyə ordusu şəhəri tutub.

Oktyabrın 12-də Türkiyə Müdafiə Nazirliyi bildirmişdi ki, türk hərbçilər və Suriyanın silahlı müxalifət qüvvələri Ras-əl-Əyni nəzarətə götürüblər. Öz növbəsində SDQ şənbə günü bəyan edib ki, qüvvələri sərhəddən yalnız Türkiyə onlara dinc sakinləri və döyüşçüləri mühasirədə olan Ras-əl-Əyndən çıxarmağa icazə verəndən sonra geri çəkəcək.

TRT World Now Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər yayıb ki, 55 hərbi texnikaya malik konvoy Ras-əl-Əynə daxil olub, daha 86 texnika isə Tal-Amir şəhərinə istiqamət alıb. 

​​Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Oktyabrın 17-də ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Mövzu:
Türkiyə ordusu Suriyada (51)

Əlaqədar

Trampdan Suriya ilə bağlı şok açıqlama
Türkiyənin ölkəmizdəki keçmiş səfiri Suriyadakı əməliyyatlardan danışır
Onlar üçün Suriya "macərası" bitdi
Suriyada Türkiyə əməliyyatı: hamı Ərdoğana qarşı
Amerika əsgərləri terrorçuların arvadlarını Suriyadan çıxarırlar

Əsas mövzular