11:12 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Suriyada ABŞ əsgərləri, arxiv şəkli

Onlar üçün Suriya "macərası" bitdi

© REUTERS / Rodi Said
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (51)
3110

Pentaqon rəhbəri qeyd edib ki, amerika hərbçiləri "İraqı müdafiə etməyə kömək etmək üçün" "İslam dövləti" terror qruplaşmasına qarşı mübarizəni davam etdirəcəklər

BAKI, 20 oktyabr — Sputnik. ABŞ-ın Müdafiə naziri Mark Esper Suriyadan çıxarılan təxminən minə yaxın amerikalı əsgərin İraqın qərbinə göndəriləcəyini bildirib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 7-də hərbçilərin Suriyanın şimal-şərqindən çıxarıldığını bəyan etmişdi. Oktyabrın 13-də isə Esper daha 1000 əsgərin Suriyadan çıxarılacağını deyib.

Pentaqon rəhbəri qeyd edib ki, amerika hərbçiləri "İraqı müdafiə etməyə kömək etmək üçün" "İslam dövləti" terror qruplaşmasına qarşı mübarizəni davam etdirəcəklər.

"ABŞ ordusunun Suriyanın şimal-şərqindən çıxarılması yüksək tempdə davam edir, biz günlərdən yox, həftələrdən danışırıq... Cari hərəkət planı qüvvələrin İraqın qərbinə köçürülməsini ehtiva edir", - Esper deyib.

​Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Cümə axşamı ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən, Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Mövzu:
Türkiyə ordusu Suriyada (51)

Əlaqədar

Trampdan Suriya ilə bağlı şok açıqlama
İŞİD tamamilə nəzarət altındadır – Tramp
Türkiyə və ABŞ arasında razılaşmanın detalları açıqlandı
Türkiyənin ölkəmizdəki keçmiş səfiri Suriyadakı əməliyyatlardan danışır
Trampa qarşı cinayət işi tələb edildi – Ərdoğana məktuba görə

Əsas mövzular