02:50 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
ABŞ-ın Maltnom dairəsi polisinin avtomobili, arxiv şəkli

İdman müəllimi bir sadə hərəkətlə xeyli uşağı ölümdən qurtardı - VİDEO

© Photo: Twitter / Multnomah Co Sheriff
DÜNYA
Qısa URL
6010

"Həmin an ona qarşı mərhəmət duydum. Çox zaman, əsasən də gənc yaşlarda, nə etdiyinin fərqinə varmırsan" - qəhrəman müəllim

BAKI, 20 oktyabr — Sputnik. ABŞ-ın Oreqon ştatının Portlend şəhərində yerləşən məktəbdə idman müəllimi silahlı insidentin yaşanmasının qarşısını alıb.

Sputnik Azərbaycan NBC News-a istinadən bildirir ki, hadisə may ayında baş versə də, olayın videogörüntüsünü Maltnom dairə prokurorluğu cümə günü yayıb. Videoda idman müəlliminin 19 yaşlı Encel Qranados-Diası qucaqladığı, başqa bir müəllimin isə cəld yaxınlaşaraq gəncin əlindən silahı aldığı əks olunub.

"Həmin an ona qarşı mərhəmət duydum. Çox zaman, əsasən də gənc yaşlarda, nə etdiyinin fərqinə varmırsan", - idman müəllimi işləyən Kinen Lou hadisəni şərh edib.

Hadisə yerinə polis əməkdaşları gəlib, oğlanı idarəyə aparıblar. Həmin dövrdə psixi pozğunluqdan əziyyət çəkən Qranados-Dias günahkar olduğunu boynuna alıb, ictimai yerə doldurulmuş odlu silahla gəldiyini etiraf edib. O, üç il nəzarət altında qalacaq.

Əlaqədar

Polis məktəbdə kütləvi qətliamın qarşısını alıb
Məktəblilərin matçı atışma ilə bitdi: Ölənlər və yaralananlar var
Ana övladının sinəsinə dəyən gülləni öz ürəyində daşıyır
Teqlər:
tərksilah, silah, müəllim, məktəb, ABŞ

Əsas mövzular