Bir cənnət zövqü - “Meşə binalar”ında kim yaşamaz ki?

© AP Photo / Luca Bruno"Meşə bina", arxiv şəkli
Meşə bina, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu meşələr binaların üzərində salınır və sakinlərə bir cənnət zövqü bəxş edir. Bu cür binaların hündürlüyü 111 metr olur. Onların üzərində 900 ağac, 11 min bitki növü salınır. Onlar həm kölgəlik, həm də sərinlik verir

BAKI, 19 oktyabr — Sputnik. Bu gün dünyanın bir çox ölkələrində urbanizasiya probleminin getdikcə daha ciddi şəkil alması təmiz hava almaq, sağlam yaşamaq imkanını daha da məhdudlaşdırır. Çünki əksər hallarda əhalinin yaşayış yeri, ofis, iaşə obyektləri ilə təmin olunması üçün yaşıllıq ərazilər yeni binalarla əvəz olunur.

Cənnət guşəsində qəribə mənzərə: Onların nə hasarı var, nə də oğurluq olur>>

Bunun qarşısının alınması üçün artıq bəzi ölkələr tərəfindən təqdirəlayiq addımlar atılmaqdadır. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, bu problemin qarşısını almaq, əhalinin təmiz hava almasını təmin etmək üçün artıq vertikal meşələrin salınmasına başlanılıb. Belə ki, bu meşələr binaların üzərində salınır və sakinlərə bir cənnət zövqü bəxş edir. Bu cür binaların hündürlüyü 111 metr olur. Onların üzərində 900 ağac, 11 min bitki növü salınır. Onlar həm kölgəlik, həm də sərinlik verir.

Milanlı sakinləri düşünür ki, belə bir addım iqlim dəyişikliyiin qarşısının alınması, havadakı zəhərlənmədən qorunmaq və sağlam yaşamaq üçün ən gözəl çıxış yoludur.

Daha çox İtaliyanın Milan şəhərində yayılan bu ənənə digər ölkələr tərəfindən də mənimsənilməkdədir. Artıq İtaliya ilə yanaşı Çin, Meksika və Misirdə də bu ənənə geniş yayılıb.

2030-cu ilədək isə dünyanın başqa şəhərlərində də bu ənənənin geniş yayılması, hətta belə yaşayış məkanlarının sayının 60 faiz təşkil edəcəyi gözlənilir.

Xəbər lenti
0