03:17 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
43 0 0

Kişi keçiləri otlayarkən huşunu itirib. Fermerin ailəsi onun vəfat etdiyini düşünüb və onun üçün cənazə mərasimi təşkil edib

BAKI, 19 oktyabr — Sputnik. Hindistanda 55 yaşlı kişi öz dəfni zamanı "dirilib". Sputnik Azərbaycan "AsiaOne" saytına istinadən xəbər verir ki, hindistanlı fermer dəfn mərasimi zamanı ayılaraq başını yelləyib.

Azərbaycanda qəbiristanlıq, arxiv şəkli
© Sputnik / Murad Orujov

Məlumata görə, kişi keçiləri otlayarkən huşunu itirib. Fermerin ailəsi onun vəfat etdiyini düşünüb və onun üçün cənazə mərasimi təşkil edib.

Lakin "cəsəd" məzara salınarkən, orada olanlardan bir nəfər kişinin başını yellədiyini görüb.

Nəticədə kişi dərhal xəstəxanaya aparılıb. Ona güclü qızdırma diaqnozu qoyulub. Bildirilir ki, qızdırma səbəbindən fermer huşunu itirib və ölü kimi görünüb.

Onun ailəsinin bu xəbərdən şokda olduğu bildirilir.

Əsas mövzular