12:35 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
24 0 0

Kağız paketlər ən çoxu 3, pambıq torbalar isə 131 dəfə istifadə oluna bilər. Sellofanalrdan isə dəfələrlə istifadə mümkün olduğu üçün planeti məhv etməmək, sağlam yaşamaq üçün onları gərək olmadan tullamamaq tövsiyə edilir

BAKI, 19 oktyabr — Sputnik. Bu gün bir sıra ölkələr sellofanlardan imtina edərək kağız və pambıqdan olan paketlərə daha çox üstünlük verirlər. Onlar bunun səbəbini həmin tullantıların təbiətdə yüz illərlə həll oluna bilməməsi ilə izah ediblər. Lakin artıq kağız və pambıqdan olan paketlərin bu cür sellofanlardan daha təhlükəli olduğu sübuta yetirilib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, bunun səbəbi sərfiyyatın çox olması və ətraf mühitə dəyən zərərlə əlaqələndirilib.

Bundan başqa, kağız və pambıqdan olan paketlərin hazırlanmasında kifayət qədər enerjidən istifadə edildiyi bildirilir. Təkcə bir kilo pambığın yuyulması üçün yüz litrdən artıq su sərf edilir. Lakin sellofanların istehsalı üçün o qədər də böyük sərfiyyata, enerjiyə ehtiyac olmur.

Qeyd edək ki, hələ ötən əsrin 50-ci illərində kağız paketlərdən geniş istifadə ağacların kütləvi qırılmasına səbəb olduğu üçün ondan imtina edərək sellofanların kütləvi istehsalına başlanılıb. Burada məqsəd ətraf mühiti qorumaq və yaşıllıqlarla, ağacların qırılmasının qarşısını almaq idi.

Mütəxəssislər bildirir ki, kağız paketlər ən çoxu 3, pambıq torbalar isə 131 dəfə istifadə oluna bilər. Sellofanalrdan isə dəfələrlə istifadə mümkün olduğu üçün planeti məhv etməmək, sağlam yaşamaq üçün onları gərək olmadan tullamamaq tövsiyə edilir.

Vəziyyətdən çıxış yolu kimi isə ekoloqlar kağız və pambıqdan olan paketlərdən imtina edərək, sellofanları dəfələrlə istifadə etməyi məsləhət görüblər.

Əsas mövzular