02:51 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın vitse-prezidenti Mayk Pens

Türkiyə və ABŞ danışıqlarının detalları: Ərdoğanın sualı görüşün istiqamətini dəyişib

© Murat Kula/Presidential Press Office/Handout via REUTERS
DÜNYA
Qısa URL
Türkiyə ordusu Suriyada (51)
17 0 0

Adını açıqlamayan yüksək vəzifəli bir ABŞ rəsmisi "Ərdoğan YPG-nin çəkilməsinin nə qədər davam edəcəyini soruşdu və biz bunu Türkiyənin razılaşmaya açıq olduğu yolunda bir ümid işığı kimi gördük" deyib

BAKI, 19 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pensin Ankarada baş tutan görüş zamanı əldə olunan razılaşmanın maraqlı detalları açıqlanıb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, adını açıqlamaq istəməyən türkiyəli rəsmi görüşüm detallarından danışıb. O bildirib ki, görüş zamanı Ərdoğan əməliyyatların dayanmasını istəyirlərsə, YPG silahlarının təhlükəsizlik bölgədən çıxması üçün bir vaxtın müəyyən olunmasını tələb edib: "Ərdoğan bu vaxtın 24 ya da 48 saat olduğunu söylədi. Mayk Pens isə bunun çox qısa bir zaman olduğunu və bu qərarı tək başına ala bilməyəcəyini dedi".

Türkiyəli rəsmiyə görə, Ərdoğan tələbində geri çəkilməyincə ikinci görüş təşkil edilib: "Müzakirələrin ardından 120 saat üzərində razılıq əldə olundu. Bu məsələ həll edilincə digərlərində də sürətli irəliləyiş əldə olundu".

Türkiyəli rəsmiyə görə görüşün əvvəlində Pens Ərdoğana "Tramp sizi sevir, sizə hörmətlə yanaşır və qiymət verir" deyib.

Müzakirələrdəki digər bir məqam isə Türkiyə nümayəndə heyətinin bir həftə davam edən hərbi əməliyyatlarda verdiyi itkilərdən bəhs etməsi olub. Pens bu məqamda ABŞ nümayəndə heyətində veteranların olduğunu deyib və öz oğlunun da əsgər olduğunu bildirib.

Adını açıqlamayan yüksək vəzifəli bir ABŞ rəsmisi isə "Ərdoğan YPG-nin çəkilməsinin nə qədər davam edəcəyini soruşdu və biz bunu Türkiyənin razılaşmaya açıq olduğu yolunda bir ümid işığı kimi gördük" deyib.

Qeyd edək ki, əldə olunan razılaşma 13 maddədən ibarətdir. Razılaşmaya əsasən Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Türkiyə və Suriya arasında əldə olunan razılaşmada, həmçinin qeyd olunub ki, YPG kürd terror təşkilatında olan iriçaplı silahlar toplanacaq, onların nəzarətində olan xəndəklər, səngərlər məhv ediləcək.

Bundan əlavə, YPG silahları 120 saat (5 gün ərzində) ərzində təhlükəsizlik bölgəsindən çıxmalıdır.

Əldə olunan razılaşmada, həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar tərəfindən Türkiyəyə qarşı tətbiq olunan bütün sanksiyalar ləğv olunmalıdır.

Xatırladaq ki, Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saat müddətinə dayandırıb.

ABŞ Prezidenti Donald Tramp danışıqların nəticəsi bəlli olandan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. ABŞ prezidenti "Twitter"dəki səhifəsində Türkiyə rəhbərinə minnətdarlıq ifadə edib.

Bundan başqa, o, ABŞ-ın Türkiyəyə qarşı yeni sanksiyalarına ehtiyac olmadığını deyib. Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə bəyanatla çıxış edərək, razılaşmanın atəşkəs olmadığını bildirib: "Bu, atəşkəs deyil, biz atəşə ara verdik. "Sülh bulağı" əməliyyatı 120 saatlıq müvəqqəti olaraq dayandırılacaq, terrorçular tamamilə ərazidən çəkilərsə, o zaman Fəratın şərqində tamamilə atəşkəs olacaq və bu halda mövcud sanksiyalar da aradan qaldırılacaq".

Mövzu:
Türkiyə ordusu Suriyada (51)

Əsas mövzular