11:51 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Kişi əlində tapança ilə, arxiv şəkli

On ay sonra dəhşətli cinayətin üstü açıldı – Evindən doqquz uşağı güllələyib

© Sputnik / Andrey Stanavov
DÜNYA
Qısa URL
18 0 0

Türkiyə 9 uşağı güllələyən şəxs saxlanılıb. O belə bir addım atmasını isə qəribə bir səbəblə əlaqələndirib

BAKI, 19 oktyabr — Sputnik. Türkiyənin Çerkezköy adlanan ərazisində dəhşətli cinayətin üstü açılıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, naməlum cinayətkar ilk dəfə ötən ilin dekabrın 24-də öz mənzilindən yaxınlıqdakı parkda uşaqlardan birini pnevmatik silahla güllələyib. Növbəti oxşar hadisə isə bu ilin aprelində baş verib. Lakin şəxs bununla da kifayətlənməyib. O may və oktyabr ayı ərzində daha bir neçə uşağı güllələyib. Onlar arasında dünyalarını dəyişənlər, iflic olanlar, xəsarət alanlar da olub.

Polis isə ötən gün həmin şəxsin kimliyini müəyyənləşdirib. Onlar uşaqların hansı yerdə vurulduğunu nəzərə alaraq, atəşin hansı istiqamətdən açıla biləcəyini ehtimal edərək şübhəlini tapmaq üçün təhqiqat aparıblar. Təxminən 10 aylıq araşdırmadan sonra cinayəti törədən şəxs tutulub.

Həmin şəxsin Sərkan Gün olduğu təsdiq olunub. O isə hadisəni törətdiyini etiraf edərək, belə bir addım atmasının səbəbini uşaqların çox səs-küylü olması və avtomobilləri cızması ilə əlaqələndirib.

Əsas mövzular