03:23 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
İspaniya polisi Kataloniyada etiraz aksiyaları zamanı

Avropanın mərkəzi qaynayır: Etiraz aksiyasında 90 nəfər xəsarət aldı

© REUTERS / ALBERT GEA
DÜNYA
Qısa URL
21 0 0

Barselonanın mərkəzində polis idarəsi yaxınlığında keçirilən aksiya hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında qarşıdurmaya çevrilib

BAKI, 19 oktyabr — Sputnik. Kataloniyada etiraz aksiyalarında 90-na yaxın iştirakçı xəsarət alıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bölgənin müstəqilliyini tələb edənlər zibil qutularını yandırır və barrikadalar qururlar.

El Paris qəzetinin məlumatına görə, təkcə Barselonada 60 fəal xəsarət alıb. İlkin məlumatlara görə, 31 nəfər həbs edilib. Xatırladaq ki, ərazidə etirazlar oktyabrın 18-də başlanılıb. Mitinqlər bir çox şəhərlərdə keçirilsə də, ən izdihamlı aksiyalar paytaxtda baş verir.

Barselonanın mərkəzində polis idarəsi yaxınlığında keçirilən aksiya hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında qarşıdurmaya çevrilib. Polis gözyaşardıcı qaz və suvuranlardan istifadə edib.

Daha əvvəl 35 nəfərin xəsarət aldığı qeyd edilirdi.

Əsas mövzular