15:16 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
19 0 0

Binanın bütün sakinləri təxliyə olunub. Hadisə yerinə iki yanğınsöndürmə və altı təcili tibbi yardım maşını göndərilib

BAKI, 19 oktyabr — Sputnik. Tbilisidə çoxmərtəbəli binada güclü partlayış baş verib.

Sputnik Gürcüstan xəbər verir ki, partlayış "Qrmaqele" metro stansiyasının yaxınlığında yerləşən 16 mərtəbəli binanın dördüncü mərtəbəsindəki mənzildə baş verib.

Partlayışa qaz sızmasının səbəb olduğu güman edilir.

"Partlayış elə güclü idi ki, az qala çarpayıdan yıxılacaqdıq. Elə bildik bütün rayon havaya uçdu", - qonşu binanın sakini İrakli deyib.

Fövqəladə hallar üzrə xidmətin məlumatına görə, partlayış nəticəsində dörd nəfər xəstəxanaya yerləşdirilib. Ölən yoxdur.

Hazırda binanın bütün sakinləri təxliyə olunub. Hadisə yerinə iki yanğınsöndürmə və altı təcili tibbi yardım maşını göndərilib.

Əsas mövzular