Tramp Ərdoğanın nə istədiyini sosial şəbəkədə yazdı

© REUTERS / JONATHAN ERNSTABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"O mənə dedi ki, orada xırda snayper və minomyotdan atəş halı olub və tez bir zamanda dəf edilib" - ABŞ Prezidenti

BAKI, 18 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla danışdığını açıqlayıb. 

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Tramp Ərdoğanın Suriyada hərbi əməliyyatları dayandıracağı barədə verdiyi sözü tutacağını deyib. 

"Elə indicə Türkiyə Prezidenti Ərdoğanla danışdım. O mənə dedi ki, orada xırda snayper və minomyotdan atəş halı olub və tez bir zamanda dəf edilib. O çox istəyir ki, atəşin dayandırılması bəhrəsini versin. Analoji olaraq kürdlər də bunun son qərar olaraq baş verməsini istəyirlər", - deyə Tramp Twitter-də yazıb.

​"Hər iki tərəfin məramı xoşdur və uğur əldə etmək şansı var", - Tramp əlavə edib.

Cümə axşamı ABŞ və Türkiyə Suriyada atəşin 120 saat müddətində dayandırılması barədə razılığa gəldiklərini açıqlayıblar. Razılaşmaya əsasən Suriyanın şimalında 30 kilometr dərinlikdə yaradılan təhlükəsizlik bölgəsinə Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək.

Xəbər lenti
0