03:47 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli

İŞİD tamamilə nəzarət altındadır – Tramp

© REUTERS / JONATHAN ERNST
DÜNYA
Qısa URL
35 0 0

Tramo ABŞ-ın Türkiyəyə qarşı yeni sanksiyalarına ehtiyac olmadığını deyib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb.

BAKI, 18 oktyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, İŞİD ətrafında vəziyyət tamamilə nəzarət altındadır. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"İŞİD tamamilə nəzarət altındadır", - deyə bildirən Tramp Türkiyə ilə razılaşma əldə edildiyini xatırladıb.

O, eyni zamanda əməkdaşlığa görə Türkiyə prezidenti və kürd liderlərə təşəkkür edib.

Xatırladaq ki, Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saat müddətinə dayandırıb.

Belə bir razılaşma ABŞ-ın vitse-prezidenti Maykl Pensin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada baş tutan görüşündə əldə olunub.

Razılaşmaya əsasən YPG 5 gün ərzində təhlükəsiz bölgədən geri çəkiləcək. ABŞ terrorçularının Türkiyənin Suriyada əməliyyat zonasından çıxarılmasına kömək edəcək.

ABŞ prezidenti Donald Tramp danışıqların nəticəsi bəlli olandan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. ABŞ prezidenti "Twitter"dəki səhifəsində Türkiyə rəhbərinə minnətdarlıq ifadə edib.

Bundan başqa, o, ABŞ-ın Türkiyəyə qarşı yeni sanksiyalarına ehtiyac olmadığını deyib. Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "dost" adlandırıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə bəyanatla çıxış edərək, razılaşmanın atəşkəs olmadığını bildirib: "Bu, atəşkəs deyil, biz atəşə ara verdik. "Sülh bulağı" əməliyyatı 120 saatlıq müvəqqəti olaraq dayandırılacaq, terrorçular tamamilə ərazidən çəkilərsə, o zaman Fəratın şərqində tamamilə atəşkəs olacaq və bu halda mövcud sanksiyalar da aradan qaldırılacaq".

Çavuşoğlu deyib ki, Suriya ərazisində təhlükəsiz bölgə yaradılması ilə bağlı ABŞ-la razılaşma əldə olunub, amma 440 kilometr ərazidə bu bölgənin qurulması üçün oktyabrın 22-də Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu məsələ danışılacaq: "Əsas məqsəd Fəratın qərbindən İraq sərhədinədək olan ərazidə heç bir terrorçunun qalmamasıdır və biz bu məqsədimizə nail olacağıq. Bu bölgədən ABŞ hərbçiləri çəkiləcək və şərtlərimiz daxilində terrorçular bütün silah-sursatlarını ərazidə qoyub getməlidir. Bu halda biz atəşkəs elan edəcəyik.

Əsas mövzular