Pis gün hamını birləşdirir: ABŞ Rusiyada terrorun qarşısını alıb

© AFP 2023 / BRENDAN SMIALOWSKIFederal Təhqiqatlar Bürosunun avtomobili, arxiv şəkli
Federal Təhqiqatlar Bürosunun avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Vaşinqton 2017-ci ildə Sankt-Peterburqdakı Kazan kilsəsində törədilməsi planlaşdırılan terror aktının araşdırılmasın yardım edib

BAKI, 17 oktyabr - Sputnik. Rəsmi Vaşinqton Moskvaya Rusiya Federasiyası ərazisində terror hücumları planlaşdıran şəxslər barədə məlumat ötürüb.

Rusiya FTX-nın əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada onlarla terror aktının qarşısı alınıb

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.

FTX direktoru Rusiya tərəfinin amerikalı həmkarlarından nə vaxt məlumat aldığını açıqlamayıb.

Məlumdur ki, rəsmi Vaşinqton 2017-ci ildə Sankt-Peterburqdakı Kazan kilsəsində törədilməsi planlaşdırılan terror aktının araşdırılmasın yardım edib.

Rusiya öz növbəsində Amerika tərəfinə 2013-cü ilin aprelində Bostonda marafon zamanı törədilən terror aktının araşdırılmasına yardım edib.

Xəbər lenti
0