Tramp yenə şoka saldı – Hamı onun yazdığı bu məktubdan danışır

© AFP 2023 / BRENDAN SMIALOWSKIABŞ Prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp Ərdoğana təhqir dolu məktub yazıb, Ərdoğan isə məktubu oxyandan sonra onu zibil qutusuna tullayıb - İDDİA

BAKI, 17 oktyabr - Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Suriyanın şimalında “Sülh bulağı” əməliyyatının başladığı gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana məktub yazıb. Sputnik Azərbaycan məktubun mətnini təqdim edir:

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan və Putin nədən danışacaqlar? - Peskov açıqladı

“Hörmətli, cənab prezident:

Gəlin yaxşı razılaşma əldə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm – amma daşıyacağam. Mən keşiş Branson məsələsində buna dair qısa bir nümunə göstərdim.

Mən sizin bəzi problemlərinizin həli üçün xeyli səy göstərəcəyəm. Bütün dünyanı yanıltmayın. Siz çox yaxşı razılaşma əldə edə bilərsiniz. General Mazlum sizinlə danışıqlar aparmaq və daha əvvəl getmədikləri ciddi güzəştlərə getməyə hazırdır. Məxfilik şərtləri altında ondan aldığım məktubun nüsxəsini sizə göndəririrəm.

Əgər siz düzgün və humanist addım atsanız, tarixdə yaxşı insan olaraq qalacaqsınız. Əgər yaxşı heç nə baş verməzsə, siz tarixdə şeytan olaraq qalacaqsınız. Özünüzü sərt oğlan kimi aparmayın. Ağılsız olmayın.

Sizinlə sonra əlaqə saxlayacağam.

Hörmətlə, Donald Tramp”.

Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü. Paris, Yelisey Sarayı, 20 iyul 2018-ci il - Sputnik Azərbaycan
SİYASƏT
Emmanuel Makron İlham Əliyevə zəng etdi, dəstək istədi

“BBC News” öz mənbələrinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.

Mənbə bildirib ki, Ərdoğan məktubu alıb oxuduqdan sonra, orada yazılanları qəti şəkildə rədd edib və onu zibil qutusuna atıb.

Bu arada demokratlar bu məktuba görə Donald Trampı sərt şəkildə tənqid ediblər.

“Dürüst olacağam. Əvvəlcə məktubu internetdə gördüm. Doğurdan da düşündüm ki, bu prank, zarafatdır. Bu Oval kabinetdə yazıla bilməz”, - deyə konqresmen Mayk Kuiqli “CNN”-ə müsahibəsində bildirib.

Xəbər lenti
0